9.1 C
Baku
Wednesday, November 6, 2024

Bu gün Azərbaycan və Rusiya baş nazirləri bir sıra sənədləri imzalayacaqlar

Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov bu gün Moskvada danışıqlar aparacaqlar.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Məlumata görə, danışıqların nəticəsi olaraq iki ölkənin əməkdaşlığının inkişafı haqqında bir sıra sənədlərin imzalanması gözlənilir.

“Hökumət başçılarının Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəkləri planlaşdırılır”, – xəbərdə deyilir.

Qeyd edilir ki, görüşdə əsas diqqət koronavirusun yayılmasına qarşı tədbirlərə ayırılacaq.

“Mixail Mişustin və Əli Əsədovun danışıqlarının nəticəsinə əsasən Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı haqqında birgə sənədlərin imzalanması gözlənilir”, – mətbuat xidmətində əlavə ediblər.

Qeyd edək ki, Əli Əsədov Rusiyaya çərşənbə günü rəsmi səfər edib. Bu, onun Mişustinlə birinci təkbətək görüşü olacaq. Hökumət başçıları əvvəllər telefonla danışıqlar aparıblar və MDB ölkələrinin hökumət başçılarının şura iclaslarında videobağlantı vasitəsilə iştirak ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər