22 C
Baku
Friday, September 30, 2022

“Bu gün Azərbaycanda devalvasiya haqında danışmaq qeyri-ciddidir”

Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddididir və bütün proqnozlar makroiqtisadi stabilik üzərində qurulub.

Banker.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub olduğunu və Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artığnı diqqətə çatdırıb: “Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir.

Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub”.

Son xəbərlər
Oxşar xəbərlər