12 C
Baku
Saturday, November 23, 2024

Bu gün Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək

Bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası keçiriləcək.

Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Tərəflər nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır.

Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.

Son xəbərlər
Digər xəbərlər