Bu gün Bakıda “HR Summit Baku 2019” işə başlayıb

Bu gün Bakıda sayca 5-ci “HR Summit Baku 2019” beynəlxalq tədbiri işə başlayıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, “HR Baku” MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə keçirilən sammitdə dövlət və özəl müəssisələrdən nümayəndələr, o cümlədən 300-dən çox şirkətin 450-dən çox təmsilçisi iştirak edir.

Tədbirlə bağlı jurnalistlərə AİRA-nın İdarə Heyətinin sədri Tural Məmmədov açıqlama verib. O, bildirib ki, sammitin əsas məqsədi Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsində baş verən innovativ dəyişikliklərə töhfə verməkdir. Burada 9 müxtəlif ölkədən 10 spiker iştirak edir. Onlar HR sahəsində beynəlxalq təcrübəni bizim üçün paylaşacaqlar”.

Tədbir çərçivəsində HR sahəsinə əsaslanan çıxışlarla yanaşı komanda quruculuğu barədə, heyətin idarə edilməsini səlisləşdirən intellektual yarışların keçirilməsi nəzərdə tutulub. Spikerlər işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edəcəklər.

Kanada, Böyük Britaniya, Pakistan, Portuqaliya, Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyerlarının müxtəlif pillərlərindəki idarəetmə prosesləri və şərtlərdən bəhs edəcəklər. Sonda iştirakçıların sertifikatlarla təltif edilməsi gözlənir.

Qeyd edək ki, “HR sammit” İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdəndir, hər il keçirilir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları