Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb. Bu barədə məlumatı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb.
Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.