16 C
Baku
Monday, April 29, 2024

Bu gün Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə “Pirəkəşkül Broyler fabriki” ölçü qovşağından qidalanan “Müşfiqabad (Əhali)” qaz kəmərində noyabrın 16-da saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonun Müşfiqabad, Binəqədi rayonunun isə 28 May qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər