SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı 25.10.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” QPS-lərdən, “Bayan” və “Xoşbulaq” QTM-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.