-1 C
Baku
Thursday, February 9, 2023

Bu gün bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib

Sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.

Son xəbərlər
Digər xəbərlər
X