Sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.
Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.