Bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Soçidə bir günlük işçi səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Bu barədə TASS xəbər verir.
Qeyd edilir ki, hətta pandemiya şəraitində müntəzəm görüşən nazirlər Birgə Strateji Planlaşdırma qrupun 8-ci iclasında iştirak edəcəklər. Ənənəyə uyğun olaraq qrupun müzakirə mövzuları ikitərəfli əməkdaşlıq üzrə aktual məsələlər və regional problemlərdir. Bu dəfə Çavuşoğlu və Lavrovun Dağlıq Qarabağ münaqişəsinə, xüsusi halda Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının icrasına və humanitar yardımın göstərilməsinə xüsusi diqqət ayıracaqları gözlənilir.
Soçi görüşündə nazirlər həmçinin Dağlıq Qarabağda atəşin dayandırılmasına nəzarət üzrə birgə Türkiyə-Rusiya Mərkəzinin işi haqqında bir sıra praktik məsələlərə baxacaqlar. Mərkəzin yaradılmasını Rusiya Federasiyası Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu noyabrın 11-də türk həmkarı Hulusi Akarla danışıqlar zamanı razılaşdırıb.
Mərkəz Ağdamda yerləşdiriləcək. Artıq burada Türkiyənin 60 hərbi qulluqçusu xidmət aparır. Türkiyə KİV-in məlumatına görə, hərbçilər artıq növbəti ilin yanvarında Rusiya ilə birlikdə atəşin dayandırılması rejiminin daimiliyini təmin etmək üçün işə başlayacaqlar.
Bundan başqa, Soçiyə səfərdən əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı jurnalistlərə Azərbaycanın sərhədinin təhlükəsizliyin təmin olunması üzrə addımları Lavrovla müzakirə etmək niyyəti haqqında bildirib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapılmalıdır.
Görüşün nəticəsinə əsasən həmçinin iki ölkə arasında 2021-2022-ci illərdə məsələhətləşmələr planı da imzalanacaq.