28 C
Baku
Saturday, July 27, 2024

“Bu gün də ÜDSY üçün maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq” – DSMF sədri

Bu gün də ünvanlı dövlət sosial yardım üçün bir sıra hallarda maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları da üzə çıxır:

“Belə hallar aşkar olunduqda, saxtalaşdırılmış məlumatların növü üzrə müvafiq tədbir görülür. Belə ki, müraciətlərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına müraciət edilir. Əmək müqaviləsində saxtalaşdırma varsa, bu halda Dövlət Əmək Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Yekunda ünvanlı sosial yardımın verilməsindən imtina edilir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər