8 C
Baku
Monday, November 18, 2024

“Bu gün də Azərbaycana qarşı kiber fəzada ciddi təhdidlər var” – Nazir müavini

Bu gün də Azərbaycana, dövlətimizə qarşı kiber fəzada ciddi təhdidlər var və bu təhdidlərə qarşı mübarizə aparmaq, dövlətin əsas məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda ciddi kadr potensialı formalaşmalıdır. Təsis olunan Kibertəhlükəsizlik Mərkəzi Məhz bu məqsədə xidmət edəcək”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təxminən 1 000-ə yaxın mütəxəssisin hazırlanması nəzərdə tutulur.

F.Əhmədovun bildirib ki, mütəxəssis hazırlığı təxminən 3 il müddətini əhatə edəcək:

“Hazırlığı bilavasitə “Technion” Universitetinin professor-müəllim heyəti həyata keçirəcək. “Technion” Universiteti son 20 il ərzində 3 Nobel mükafatı laureatı bəxş edib. Təbii ki, “Technion” Universitetinin bu nailiyyətləri kiminlə tərəfdaşlıq edəcəyinə dair seçici və ehtiyatlı olmasını vadar edir. Azərbaycanla əməkdaşlıq şübhəsiz ki, Azərbaycan dövlətinin, onun ali rəhbərinin simasında onun nüfuzuna, eyni zamanda onun inkişaf səviyyəsinə bağlıdır”.

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfəri çərçivəsində iyunun 30-da qurumun yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər