Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayır.
Azərbaycan Prezidenti İlham Əliyev forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Bu ilki forum məsuliyyət və məsuliyyətli rəhbərlik şüarı altında keçiriləcək.
Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunan müzakirələr daxildir.
Hər il təşkil edilən Davos Dünya İqtisadi Forumuna bu il 3000-dən çox nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.
Forum yanvar 20-də başa çatacaq.