9 C
Baku
Sunday, December 22, 2024

Bu gün Embafinans dünya şöhrətli markaların nümayəndəliklərinə və yerli brend şəbəkələrinə kreditləşmə xidmətini göstərir

®Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin direktoru Nahid Hüseynov ilə olan müsahibəni təqdim edirik:

  • Yaxın illərdə qeyri-bank kredit xidmətlərinin inkişafında hansı əsas istiqamətləri görürsünüz?

Əsas inkişaf sahələrinə rəqəmsal həllərin tətbiqi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və məhsul xəttinin genişləndirilməsi daxildir. Rəqəmsal həllər təşkilatlar ilə istehlakçılar arasında olan məsafəni qısaldıb, xidmətləri daha əlçatan edəcək.

  • Müxtəlif kateqoriyalı istehlakçılar arasında bank olmayan kredit xidmətlərinə mövcud tələbatı necə qiymətləndirirsiniz?

İstehlakçılar arasında tələbat dəyişir: gənclər sürətli kreditlərə, sahibkarlar isə biznes kreditlərinə maraq göstərirlər. Hazırda Embafinans bütün növ tələbatlara cavab verməyi özünə məqsəd qoyub, bu səbəbdən məhsullarımızın çeşidini artırmaq yolunda aktiv işlər aparırıq.

  • Təşkilatınız kredit təkliflərinin çeşidini genişləndirmək üçün hansı yeni məhsul və ya xidmətləri təqdim etməyi planlaşdırır?

Geniş şəkildə İnvoys-Faktorinq kredit məhsulunu inkişaf etdirməyi planlaşdırırıq. İstehlak kreditlərinin çeşid inkişafına dair daima olaraq yeniliklər və bazarda olan güclü tərəfdaşlar axtarışındayıq.

  • Xidmətlərinizi KOS-lar üçün daha əlçatan etmək məqsədi ilə hansı tədbirləri görürsünüz?

KOS-lar üçün biz sərfəli kredit şərtləri və sadələşdirilmiş müraciət prosedurlarını təklif edirik. Artıq uzun müddətdir ki, bu məhsulun satışı üzrə bazarda uğur qazanırıq. Müştərilərimizin təkrar olaraq bizi seçməkləri xidmətlərimizin keyfiyyətindən xəbər verən amildir.

  • Getdikcə artan rəqabət mühitində yeni müştəriləri cəlb etməyi və mövcud müştəriləri necə saxlamağı planlaşdırırsınız?

Biz rəqəmsal marketinq və loyallıq proqramları vasitəsilə yeni müştərilər cəlb edəcək və yüksək keyfiyyətli xidmət vasitəsilə onları saxlayacağıq.

  • Müştəri təcrübəsini yaxşılaşdırmaq üçün hansı texnologiya və yeniliklərdən istifadə edirsiniz?

Biz əməliyyatların şəffaflığını və etibarlılığını artırmaq, məsafədən kreditlərin rəsmiləşməsi üçün “SİMA” texnologiyalarından istifadə edirik. Artıq test mərhələsini aşmışıq və implementasiya dövründəyik.

  • Bank olmayan kredit təşkilatlarının inkişafında dövlət tənzimlənməsinin rolunu necə qiymətləndirirsiniz?

Bazar sabitliyi üçün dövlət tənzimlənməsi vacibdir, hazırda nəzarət və innovasiya azadlığı arasında tarazlıq qorunmaqdadır. Bu gün tənzimləmələr BOKT-lar üçün yeni imkanlar yaradır və fəaliyyətin inkişafına birbaşa təkan verir. 

  • Təşkilatınız xidmətlərin çeşidini genişləndirərkən gördüyünüz əsas çətinliklər və risklər hansılardır?

Əsas risklər bazarın dəyişməsi və kredit borclarının ödənilməsində gecikmələrin artmasıdır, ona görə də borcalanların kredit qabiliyyətini düzgün qiymətləndirmək vacibdir. Bu işlərin gedişatında da analiz sistemlərinin təkmilləşməsinə dair böyük töhvələr veririk. 

  • Digər maliyyə institutları və bizneslərlə tərəfdaşlığı necə inkişaf etdirməyi planlaşdırırsınız?

Biz birgə proqramlar və məhsullar, təcrübə mübadiləsi və xidmətlərin inteqrasiyası vasitəsilə tərəfdaşlığı inkişaf etdiririk. Ölkəmizin maliyyə assosiasiyalarının aktiv üzvləriyik və BOKT-ların fəaliyyətlərinin təkmilləşməsində böyük tövhəmiz var. Bu gün Embafinans dünya şöhrətli markaların ölkəmizdə olan nümayəndəliklərinə və yerli brend şəbəkələrinə kreditləşmə xidmətini göstərir. 

  • Müştəriləriniz arasında maliyyə savadlılığını və kredit məhsulları haqqında məlumatlılığı artırmaq üçün hansı strategiyalardan istifadə edirsiniz?

Maliyyə savadlılığını artırmaq üçün biz maarifləndirici seminarlar keçirir və müştəriləri məlumat materialları ilə təmin etməyi planlaşdırırıq. Sosial şəbəkələr vasitəsilə maarifləndirici sessiyaların keçirilməsi, məlumatların təqdim olunmasını aktiv şəkildə tətbiq etməyi düşünürük.

Son xəbərlər
Digər xəbərlər