23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Bu gün Ermənistan müxalifəti Paşinyanın Moskvaya səfərinə görə yolları bağlayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Ermənistan müxalifətinin bəzi fəalları bu gün baş nazir Nikol Paşinyanın Moksvaya səfərinə mane olmağa çalışacaq.

Bu barədə “Vətən” Partiyasının üzvü Arsen Babayan özünün feysbukdakı hesabında bildirib.

“Satqının (Nikol Paşinyanın-red) təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün saat 8:00-da “Zvartnoç” hava limanının yaxınlığında olacam. Vətənimizin itirilməməsi üçün mənə qoşulun”, – Arsen Babayan sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın maraqlarına zidd olan istənilən qərarı erməni xalqı tərəfindən rədd ediləcək, ratifikasiya olunmayacaq və hakimiyyətin dəyişilməsindən sonra ləğv ediləcək.

“Bu görüşün nəticəsi 9 noyabr kapitulyasiyasının davamı ola bilər”, – deyə müxalifətçi bildirib. O, iddia edib ki, Paşinyan Ermənistanı təmsil etmir və baş nazirin buna səlahiyyəti yoxdur.

“Vətəndaşları ölkənin müdafiəsinə qalxmağa və satqınlığa yol verməməyə çağırıram. Faciəli prosesi dayandırmağın yeganə üsulu satqını hakimiyyətdən kənarlaşdırmaqdır və biz bu istiqamətdə var qüvvəmizlə çalışacağıq”, – o əlavə edib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər