ABŞ-da bu gün bir sıra önəmli iqtisadi göstəricilər açıqlanıb. ABŞ-da pərakəndə satışın baza indeksi aylıq müqayisədə 0,4% artım proqnozuna qarşı sentyabrda faktiki olaraq 0,5% artıb, istehsalçı qiymətləri indeksi isə 0,2% proqnoza qarşı 0,3% artıb. Bundan başqa, pərakəndə satışın həcmi proqnoza uyğun olaraq 0,6% genişlənib.
Açıqlanan bu göstəricilər ABŞ iqtisadiyyatında müsbət inkişaf trendinin davam etdiyini göstərir. Bu da bu gün axşam Bakı vaxtı ilə saatı 21:30-da Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin uçot dərəcəsinin artırılması ilə bağlı çıxışı öncəsi stimullaşdırıcı amil olub.
ELƏCƏDƏ BAX: FED rəhbərinin uçot dərəcəsinin artımı ilə bağlı “qəribə etirafı”
Göstəricilərin açıqlanmasından sonra dollar digər valyutalarla müqayisədə bir qədər də möhkəmlənib. Əsas valyuta cütlüyü sayılan USD/EUR 1,1020 səviyyəsindən 1,0995-ə qədər geriləyib.
Reportun analitik qrupu dolların məzənnəsinin C.Yellenin axşamkı çıxışından sonra əsaslı şəkildə güclənə biləcəyini proqnozlaşdırırlar.