Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq.
Komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək.
Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, üç ölkəyə Aİ-yə üzvlüyə namizəd statusunun təqdim edilməsi ilə bağlı qərar iyunun 23-24-də məlum olacaq.