Bu gün Gürcüstanın yeni prezidentinin adı məlum olacaq

Bu gün Gürcüstanda parlament ölkənin altıncı prezidentini seçəcək.

Seçki Parlament Sarayında baş tutacaq.

Gürcüstanın altıncı prezidenti postuna yeganə namizəd “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən namizədliyi irəli sürülən Mixail Kavelaşvilidir.

Müxalifət oktyabrın 26-da keçirilən parlament seçkisinin nəticələrini tanımayıb, qanunverici orqanın iclaslarını boykot edib və namizəd irəli sürməyib.

Bu səbəbdən müxalifətdən olan deputatlar səsvermədə iştirak etməyi planlaşdırmırlar.

Son xəbərlər
Digər xəbərlər