4 C
Baku
Monday, December 5, 2022

Bu gün ilin ikinci Ay tutulması baş verəcək

Noyabrın 8-də 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

Bu ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Son xəbərlər
Digər xəbərlər
X