Bu gün İranda parlament seçkiləri keçirilir

Seçki, arxiv foto

Bu gün yerli vaxtla saat 08:00-da İranda parlament seçkiləri üzrə səsvermə başlayıb.

290 deputat mandatı uğrunda 7 min namizəd mübarizə aparır.

Qeyd edək ki, seçki kampaniyası başlayanda 15 mindən çox insan namizədliyini irəli sürüb. Onların bir qismi namizədliyini geri götürüb, digərlərinin qeydiyyatını Konstitusiyaya Nəzarət Şurası təsdiqləməyib.

İranda deputatların səlahiyyət müddəti 4 ildir.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları