18 C
Baku
Sunday, April 28, 2024

Bu gün Lənkəranda qaz olmayacaq

Bu gün saat 10:00-dan təmir-quraşdırma işləri başa çatanadək Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar 27 sentyabr saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəsisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Lənkəran 1 və 2” və “RVU-2 (Lənkəran)” ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər