Bu gün “LUKOIL” Davosda SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır

V. Ələkbərov

Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır.

“Biz bir sıra layihələri müzakirə edirik. Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”, – “LUKOIL”un prezidenti Vahid Ələkbərov Davosda jurnalistlərə məlumat verib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

“İndi SOCAR ilə tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, – o əlavə edib.

Xəbər verildiyi kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.

©İnterfaks-Azərbaycan


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları