11 C
Baku
Wednesday, December 11, 2024

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib – Yenilənib

15:27

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatıb.

İclasın yekunlarına görə MDB XİNŞ iştirakçıları gündəliyə daxil olan 11 sənədin hamısının müzakirəsiz imzalanması barədə qərar qəbul ediblər.

Məhdud tərkibdə keçirilən görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyət ilə bağlı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşün iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar arasında MDB ölkələrinin Spartakiadasının təşkili ilə bağlı məsələni müzakirə ediblər.

Bundan əlavə, görüş zamanı tərəflər MDB ölkələri arasında mədəni-humanitar əməkdaşlıq sahəsində bir sıra qərarları təsdiqləyiblər.

***

09:29

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər