-1 C
Baku
Tuesday, February 25, 2025

Milli Məclis Əli Əsədovun Baş nazir olmasına razılıq verdi – Yenilənib

10:31

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.

Qanunverici orqanın fevralın 16-da keçirilən toplantısında onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclisin deputatlarından 105 nəfər Ə.Əsədovun Baş nazir olmasının leyinə, 1 nəfər isə əleyhinə səs verib.

Daha sonra Ə.Əsədov daha sonra çıxış edib. O, Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda, vəzifəyə təyinatına razılıq verilməsinə görə, Milli Məclisin deputatlarına minnətdarlığını bildirib.

***

10:03

Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsinə baxılır.

***

09:38

Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər