13 C
Baku
Friday, November 22, 2024

Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq

Bu gün Misirin paytaxtı Qahirədə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq.

Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Qətərin xarici işlər naziri və Misirin kəşfiyyat rəhbəri üç ölkənin vasitəçiliyi ilə danışıqlardan Qahirədə bir araya gəliblər.

HƏMAS silahlılarından ibarət nümayəndə heyəti Misir və Qətər rəsmiləri ilə görüşmək üçün Qahirəyə gəlsə də, danışıqlarda birbaşa iştirak etməyəcək. Onlara Misir və Qətər tərəfindən müzakirələrin gedişi ilə bağlı məlumat veriləcək.

Bundan əvvəl avqustun 15-16-da Dohada Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu keçirilib. Misir, Qətər və ABŞ-nin məsləhətləşmələrdən sonra yaydığı birgə bəyanatda danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azaldacaq təklif təqdim edib. Lakin HƏMAS Birləşmiş Ştatların yeni təşəbbüsünün yalnız İsrailin maraqlarına xidmət etdiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər