31 C
Baku
Monday, July 15, 2024

Bu gün Naxçıvan Ali Məclisi sədrinin müavini seçiləcək

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçiriləcək.

Onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər