15 C
Baku
Monday, April 22, 2024

“Bu gün ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir”

Bu gün bir çox universitetlərin öndə gedən tələbələrini məmnuniyyətlə işə götürürük. Çünki hamı mütəxəssis axtarır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.

Nazir bildirib ki, özəl sektor da həmin şəxslərə ehtiyac duyur.

S.Babayev vurğulayıb ki, bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirir: “Amma ehtiyac duyulan aqronom yetişdirilmir. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur. Bu da o deməkdir ki, həmin şəxs 6 günlük iş həftəsi üzrə ay sonu təxminən 700-800 manat gəlir əldə edir. Bir çox ali təhsilli şəxs isə həmin əməkhaqqını ala bilmir. Tələblərin hamısını işəgötürənlərdən istəyirik. Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər