22 C
Baku
Sunday, June 23, 2024

Bu gün OPEC-in yeni rəhbəri seçiləcək

Bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xüsusi iclası keçiriləcək.

İclasın gündəliyindəki yeganə məsələ qurumun yeni sədrinin seçilməsidir. Yeni sədr fəaliyyətdə olan Məhəmməd Barkindonu avqust ayından etibarən əvəz etməlidir.

Siyahıda cəmi bir namizədin – Küveytin nümayəndəsi Haysam əl-Qaysın adı var. O, 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub.

Üzv ölkələr yeni sədrin seçilməsi məsələsini dekabrda müzakirə etsələr də, yekun rəyə gələ bilməyiblər.

San-Fransisko Universitetinin məzunu olan Haysam əl-Qays neft şirkətlərində və Küveytin Xarici İşlər nazirliyində çalışıb. O, 6 dildə sərbəst danışır.

 

 

MənbəApa.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər