12 C
Baku
Saturday, November 23, 2024

Bu gün parklanma ilə əlaqədar keçirilən reydlərdə 175 nəfər cərimələnib

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir. Növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.

Banker.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və  həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.

 

Son xəbərlər
Digər xəbərlər