18 C
Baku
Saturday, May 4, 2024

Bu gün Putin Kremldə Lukaşenko ilə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin bu gün belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək. Dövlət başçıları arasında danışıqlar Kremldə baş tutacaq.

TASS xəbər verir ki, Putin üçün bu danışıq bir sıra üz-üzə beynəlxalq təmasların davamı olacaq. Belə ki, bu həftə o, artıq Kremldə Almaniya kansleri Olaf Şolts və Braziliya Prezidenti Jair Bolsonaro ilə görüşüb. Bundan əvvəl Argentina, Macarıstan, Qazaxıstan və Fransa liderləri Rusiyaya səfər ediblər.

Son vaxtlar aparılan danışıqlarda ən aktual mövzular arasında Avropada təhlükəsizlik və Ukrayna ətrafında vəziyyət də var. Eyni zamanda, digər məsələlərlə yanaşı, çoxşaxəli ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlərə də toxunulub.

Putinin Lukaşenko ilə danışıqlarının gündəmində bu mövzuların hamısının olacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər