14 C
Baku
Saturday, April 27, 2024

Bu gün Qazaxıstan Senatına seçkilər keçiriləcək

Bu gün Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) deputatlarının seçkiləri keçiriləcək.

Ölkənin 20 regionundan hər biri üzrə 1 qanunverici seçilməlidir.

Senator vəzifələrinə 55 namizəd mübarizə aparır və yerli nümayəndəlik orqanlarının deputatları onlara səs verəcəklər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Senat seçkiləri üçün ilkin olaraq 130 nəfər namizədliyini irəli sürüb. Ərazi seçki komissiyaları bütün zəruri prosedurları həyata keçirdikdən sonra dekabrın 24-də 66 nəfərin deputatlığa namizədliyini qeydə alıb. Lakin yanvarın 12-də məlum olub ki, qeydiyyatdan sonra 11 nəfər namizədliyini geri götürmək üçün ərizə verib. Beləliklə, bülletenlərə 55 namizəd daxil edilib. Onlardan 18-i qadın, 37-si kişidir. Müraciət edənlər arasında Senatın dörd hazırkı deputatı, dövlət müəssisələrinin işçiləri, dövlət qulluqçuları, kommersiya strukturlarının əməkdaşları və ictimai təşkilatların nümayəndələri var.

Respublika üzrə seçicilər siyahısına 3 168 məclis (yerli nümayəndəlik) deputatı daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər