25 C
Baku
Sunday, July 21, 2024

Bu gün Slovakiyada prezident seçkiləri keçiriləcək

Martın 23-də Slovakiyada prezident seçkiləri keçiriləcək.

Təxminən 4,3 milyon seçici müxtəlif siyasi qüvvələr tərəfindən irəli sürülən 10 namizəd arasından yeni dövlət başçısını seçəcək.

İctimai rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Milli Şuranın (parlament) spikeri və “Səs – Sosial Demokratiya” partiyasının lideri 48 yaşlı Piter Pelleqrinidir.

Slovakiyada seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq. Səsvermə saat 22:00-da başa çatacaq. Bundan sonra bir neçə saat ərzində səslər hesablanacaq. Nəticələr isə bazar günü səhər məlum olacaq.

Son xəbərlər
Digər xəbərlər