17:14
Türkiyədəki prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də keçiriləcək.
Bu barədə ölkənin Ali Seçki Şurasından bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərarı imzalayıb.
***
16:30
Türkiyədə parlament və prezident seçkilərinin 14 mayda keçirilməsinə dair qərar “Resmi Gazete”də dərc olunub.
Bununla da Türkiyə dövlət başçısının imzaladığı qərar rəsmi olaraq qüvvəyə minib.
***
15:17
Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərarı imzalayıb.
11:04
Türkiyədə Prezident və parlament seçkilərinin mayın 14-nə çəkilməsi ilə bağlı qərar bu gün saat 14:00-da açıqlanacaq.
Tarix Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.