15 C
Baku
Saturday, November 2, 2024

Bu gün valyuta bazarına təsir edəcək statistika açıqlanacaq

Dünya birjalarında dolların qiyməti yenidən bahalaşmağa başlayıb. Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının cari il ərzində faiz artıracağı gözləntiləri dollara olan tələbatı yenidən artırıb.

Almaniya, İsveçrə, Britaniya və Avrozonada açıqlanacaq önəmli statistik göstəricilər bu gün də investorların diqqət mərkəzində olacaqdır.

Belə ki, bu gün Bakı vaxtı ilə saat 11:00, 12:15, 12:30 və 14:00-da müvafiq olaraq, Almaniya və Türkiyənin sənaye istehsalı həcmi, İsveçrənin pərakəndə satış dövriyyəsi, Böyük Britaniyada mənzil qiymət indeksi və Avrozonanın işsizlik səviyyəsinin açıqlanması gözlənilir. Hansı ki, bütün bunlar da valyuta bazarına təsir edəcək.

Nəzərə çatdıraq ki, Çində offshore yuanın məzənnəsi gerilədi. Hong Kongda Hang Seng indeksi 4 həftənin zirvəsindən endi. Cənubi Koreya pul vahidi von (won) və 10 illik istiqrazlar ucuzlaşıb.

Malayziya ringiti, İndoneziya rupisi, Filipin pesosu, Tayvan dolları da dəyərdən düşüb.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər