17 C
Baku
Friday, October 18, 2024

Vilnüsdə NATO sammiti başlayıb – Yenilənib

12:39

Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti başlayıb.

NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.

“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz ona əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, – sammiti giriş sözü ilə açan Y.Stoltenberq deyib.

***

10:12

Bu gün NATO liderlərinin Litvada görüşü başlayır.

NATO sammiti çərçivəsində Rusiya-Ukrayna müharibəsi, İsveçin NATO üzvlüyü, terrorla mübarizə və digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər
Digər xəbərlər