32 C
Baku
Tuesday, July 23, 2024

Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilib – Foto

Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Əvvəlcə mərasim iştirakçıları inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin guşəsini ziyarət ediblər, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev deyib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır:

“Ümummilli lider Heydər Əliyev, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.
Ölkə prezidentinin cari ilin 24 may tarixli sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir”-deyə Baş Prokuror vurğulayıb.
Bildirilib ki, Xankəndi şəhər prokurorluğunun inzibati binasının qısa müddətdə istifadəyə verilməsi çox əlamətdar bir dövrə – rəşadətli ordumuzun yaranmasının 106 illiyinə təsadüf edir.
Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib. Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Daha sonra iştirakçılar inzibati binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.

Bildirilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

***

09:36

Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir.

İnzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.

Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edir.

6679051fb6eac6679051fb6ead17192071996679051fb6ea96679051fb6eab 6679051fc086b6679051fc086c17192071996679051fc08686679051fc0869 6679051fcce0d6679051fcce0e17192071996679051fcce0a6679051fcce0c

667909578a225667909578a2261719208279667909578a223667909578a224 667909579788c667909579788d17192082796679095797889667909579788b 66790957a1cc766790957a1cc8171920827966790957a1cc566790957a1cc6

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər