16 C
Baku
Friday, April 26, 2024

Bu gün “Xızı-Abşeron” külək elektrik stansiyasının təməli qoyulur – Yenilənib

Bu gün ölkəmizin enerji tarixində önəmli hadisə baş verir. Azərbaycanda 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulur.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.

Nazirlikdən bildirilir ki, bu gün Azərbaycanda ilk xarici sərmayə əsaslı və həcminə görə regionun ən böyük – 240 MVt gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyuldu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər