24 C
Baku
Thursday, June 30, 2022

Bu gündən Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu başlayır

21-22 dekabr tarixlərində Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur.

Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında  sənədlərin imzalanması nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər