18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Bu gündən daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

Bu gündən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq. Əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında məlumat veriləcək.

Xatırladaq ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi ötən həftə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bankların müflis elan edilməsi barədə qəbul etdiyi qərardan sonra baş verib.

Report

Son xəbərlər
Oxşar xəbərlər