21 C
Baku
Wednesday, October 5, 2022

Bu gündən Rusiya və Gürcüstan aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır

Gürcüstanda təyyarə biletini dəyişmək arzusunda olmayan 5 minə yaxın rusiyalı turist qalıb.

Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə Fərmanı iyulun 8-dən qüvvəyə minir. Bu gündən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan 54 rusiyalı turistdən təxminən 5 min nəfəri təyyarə biletini dəyişməyib. Onların tranzit yolla Rusiyaya qayıdacağı ehtimal olunur.

Nazirlik, həmçinin aviaşirkətlərin uçuşların qadağan olunmasından çəkəcəyi ziyanın də təxmini məbləğini açıqlayıb. İlkin hesablamalara görə, Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasından 3 milyard rubl ziyan çəkəcəklər.

Qeyd edək ki, iki ölkə arasında uçuşları Rusiyanın 6, Gürcüstanın isə 2 aviaşirkəti həyata keçirirdi.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər