10 C
Baku
Friday, December 13, 2024

Bu gündən Azərbaycana gətirilən almazlar idxal gömrük rüsumundan azad edilib

Bu gündən Azərbaycana gətirilən emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti 5 aprel tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarına əsasən, həmçinin, Azərbaycana gətirilən işlənməmiş və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Eyni zamanda, zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna ilə digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Qərar bu gündən qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər