Qurban bayramı ilə əlaqədar bu gündən Azərbaycanda 4 günlük tətil başlayır.
Bu gün və sabah – avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd edilir.
Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.