6 C
Baku
Sunday, December 15, 2024

Bu gündən Azərbaycanda “Pfizer” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə “Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Son xəbərlər
Digər xəbərlər