12 C
Baku
Wednesday, December 11, 2024

Bu gündən Azərbaycanda yeni qanunlar qüvvəyə mindi – SİYAHI

Bu gündən etibarən ölkədə bir sıra qanunlar qüvvəyə minir.

Banker.az xəbər verir ki, belə ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun qüvvəyə minib. Bu sənədə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq.

  • Yaşayış minimumunun həddi də dəyişir. Belə ki, 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
  • Yanvarın 1-dən hərbçilərin pensiya yaşı da dəyişib. Hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə dəyişdirilib.
    Minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50 faizdən 65 faizə qaldırılıb. Bundan başqa, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.
  • Yeni ildən sərnişindaşıma fəaliyyəti ilə bağlı qanunvericilik mexanizmi də sərtləşdirilir. “Avtomobil nəqliyyatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik yanvarın 1-dən qüvvəyə minib. Qanuna edilən dəyişiklik ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.
  • 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə də dəyişiklik tətbiq olunacaq. Qanuna əsasən, ən çox dəyişiklik də məhz bu məcəlləyə aiddir. Nağdsız hesablaşmalar haqqında, aksiz vergiləri və digər maddələr üzrə dəyişikliklər olub.
    Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. Qeyd edilib ki, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədinin aksiz dərəcəsi 16 manat olacaq. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılıb. Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılıb.
  • Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanun da 2024-cü il yanvarın 1-də qüvvəyə minib.
  • Avtomobil almaq istəyənlər üçün də yeni xəbər var. Hökumətin qərarına əsasən, 2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulur.
Son xəbərlər
Digər xəbərlər