Bu gündən etibarən COP29 üçün akkreditasiyadan keçmiş şəxslər üçün ictimai nəqliyyat pulsuz oldu.
Akkreditasiyadan keçən hər kəs, metro, avtobus və dəmiryol nəqliyyatının xidmətindən pulsuz istifadə edəcək.
İctimai nəqliyyatın pulsuz olması noyabr ayının 24-nə kimi davam edəcək
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasısı (COP29) 11-22 noyabr aralığında Bakıda keçiriləcək.