13 C
Baku
Saturday, May 18, 2024

Bu gündən parklanmaya görə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək

7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək.

Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.

Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Qeyd edək ki, sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər