Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Royal Bank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlayır.
Banker.az-ın ADIF-ə istinadən verdiyi məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi iyunun 18-dən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.