Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarına müraciət edib.
Müraciətdə bildirilib ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi 22 iyun 2017-ci il tarixdən etibarən həyata keçiriləcək.
“Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək”, – deyə müraciətdə vurğulanıb.