28 C
Baku
Tuesday, July 23, 2024

Bu həftə Tbilisidən Moskvaya müntəzəm uçuşlar başlayır

Gürcüstan Hava Yolları (Georgian Airways) aviaşirkəti bu həftə Tbilisi-Moskva-Tbilisi müntəzəm uçuşlarına başlayır.

Məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi (MAA) yayıb. Bildirilib ki, aviaşirkət mayın 20-dən etibarən həftədə 7 reys həyata keçirmək üçün MAA-ya müraciət edib. Qeyd olunub ki, qurum uçuşların həyata keçirilməsi üçün aviaşirkətə zəruri icazəni bu gün verib.

Qeyd edək ki, Rusiyanın daha bir aviaşirkəti “Iraero” Moskvadan Batumi və Tbilisi istiqamətlərində uçuşlar həyata keçirmək məqsədilə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə müraciət edib. Aviaşirkət daha əvvəl Gürcüstana uçuşlar həyata keçirməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər