21 C
Baku
Friday, July 1, 2022

Bu hərbçilərin geyim formaları təsdiqləndi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməlidir.

Nazirlər Kabineti eyni zamanda bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər